[YENİ – 2020] Almaniyada Təhsil – DAAD Təqaüdü

xaricdetehsil.net
xaricdetehsil.net
5 Min Read
almaniyada tehsil, xaricde tehsil, almaniyada teqaudlu tehsil, daad teqaudu
Image source: cognates.miami.edu

Əminəm ki, Almaniyada tehsil çoxlarınızın xəyalıdır. Bunun əslində çox səbəbi ola bilər:
• Ucuz və keyfiyyətli təhsil;
• İş imkanları və yüksək maaş;
• Yüksək iqtisadi rifah və s.
Bir çox azərbaycanlı tələbənin Almaniyaya üz tutmasının əsas səbəblərindən biri də bu ölkədə uzun müddət yaşamaq istəyidir. Əslində məntiqlidir – təkcə 2018-ci ildə Almaniya 1,5 milyondan çox immiqrant qəbul edib. Ölkənin Avropa birliyinə daxil olması burada oxuduğunuz müddətdə digər Avropa ölkələrinə rahat səyahət fürsəti verir.
Bəs vəziyyətə daha realist yanaşsaq, orta gəlirli bir azərbaycanlının Almaniyaya gedərək təhsil alma və iş tapma şansı nə qədərdir?
İşin müsbət tərəfi ondan ibarətdir ki, Almaniyada bakalavr və magistr təhsili ucuzdur. Bundan əlavə, təhsilinizi bitirdikdən sonra da sizə iş tapmağınız üçün möhlət verilir. Digər tərəfdən isə viza məsələləri üçün əlavə maddi vəsaitin tələb olunması sizə baş ağrısı verə bilər.

Əvvəla onu deyim ki, Almaniyada bakalavra qədərki təhsil 12 illik olduğu üçün Azərbaycandan aldığınız attestatla birbaşa orada təhsil almağa yollana bilməzsiniz. Bakalavr təhsili üçün əvvəlcə 1 il hazırlıq oxumalısınız. Magistr təhsili almaq istəyənlər isə bu barədə problemlə üzləşmir.
Qəbul üçün şərtlər o qədər də əlçatmaz deyil, ancaq nəzərə almalısınız ki, rəqabət çox yüksəkdir. Bu səbəbdən də, göstəricilərinizin (GPA, sosial aktiktivlik, iş təcrübəsi və s.) yaxşı vəziyyətdə olması önəmlidir.

Məsələn, magistr üçün əksər universitetin sizdən ilkin tələbi minimum B2 səviyyədə dil sertifikatı (təhsil dilindən asılı olaraq), əlavə olaraq, motivasiya məktubu, CV və digər əlaqəli sənədlər tələb edir. Dil sertifikatı demişkən, bakalavrdan fərqli olaraq, magistr üzrə tam ingilis dilində tədris olunan proqramlar kifayət qədərdir. İstəyinizdən asılı olaraq isə yarı ingilis, yarı almanca tədris olunan proqramlara da daxil ola bilərsiniz.
Bundan başqa, bir nüansı da deyim ki, magistr üzrə müraciət etdikdə təkcə bakalavr diplomunuza deyil, həm də bakalavr təhsili boyu keçdiyiniz fənnlərə də önəm verilir. Bir çox hallarda xüsusi tələblər qoyulur. Məsələn, “tələbə əvvəlki təhsilində azı 20 kreditlik ekonometrika dərsi götürmüş olmalıdır”.
Nə vaxtsa bu yola baş qoysanız unutmayın ki, almanlar hər detala qarşı çox diqqətcildir. Qətiyyən işinizi riskə atmayın və çox diqqətli olun sənədləşmə işlərində.

Xərclərə gəldikdə, Almaniyada təhsil çox ucuzdur. Dövlət universitetləri sizdən təhsil haqqı deyil, yalnız semester xərci olacaq € 350 tələb edir. Tələbə olaraq nəqliyyatda da daxil olmaqla, gündəlik bir çox sahələrdə güzəşltlər əldə edirsiniz. Təqaüd şansları nisbətən azdır – əsasən DAAD və universitetlərin daxili təqaüd proqramları ilə maraqlanmağınız məsləhətdir.

Yaşayış xərclərini qarşılamaq üçün təqaüd qazanmamış tələbələr viza almaq üçün bank hesablarında 1 il üçün € 10 236 vəsait göstərməlidirlər.Həm təhsil, həm gündəlik həyat, həm də iş baxımından, Almaniyada rahatlığınız və inkişafınız üçün alman dilini öyrənməyiniz məsləhətdir. Bir fakt deyim ki, alman dili həm də, İsveçrə və Avstriya da daxil olmaqla, 6 inkişaf etmiş ölkənin rəsmi dilidir. Yəni ki, həqiqətən, dəyər.

Almaniyada tehsil alan tələbələr il ərzində 120 gün (və ya 240 yarımgün) işləmək imkanına sahibdirlər. Aylıq maaşı € 450-yə qədər olan tələbələrdən vergi də tutulmur. Ölkənin iqtisadi inkişaf səviyyəsi hamıya bəllidir – buna görə də, ölkə iş imkanları baxımından olduqca zəngindir.

Təhsilinizi uğurla başa vurduqdan sonra isə Almaniya höküməti sizə iş axtarmaq üçün imkan yaradır. Lazım olan sənədləri və bank hesabınızda müəyyən məbləğdə vəsait göstərərək, yaşayış izninizi 18 aylıq uzada və iş axtara bilərsiniz. Həmin 18 ayda da maddi dəstək üçün işləmək və paralel olaraq iş axtarışını davam etdirmək mümkündür.

Qısacası, Almaniya müəyyən şərtlər daxilində sizə hər fürsəti yaradır. Minimum saatlıq maaşı 9,35 avro (vergidən əvvəl) olan bir ölkə üçün, zənnimcə, doğrudan da mübarizə aparmağa dəyər. Ümid edirəm faydalı oldu, hər kəsə uğurlar!

Almaniyada Tehsil ile bağlı daha öncəki məqalə və videomüsahibəmizə göz gəzdirin:

Almaniyada Tehsil – DAAD Təqaüdü ilə magistr təhsili alan tələbə ilə müsahibə

Xaricdə Pulsuz təhsil barədə videolarımızı izləmək üçün Youtube kanalımıza abonə olub bizə dəstək ola bilərsiniz:

 

Qısa məzmun
[YENİ – 2020] Almaniyada Təhsil - DAAD Təqaüdü
Məqalə adı
[YENİ – 2020] Almaniyada Təhsil - DAAD Təqaüdü
Açıqlama
Almaniyada Tehsil almaq istəyənlər üçün DAAD proqramı və universitetlərə qəbul prosedurları haqqında məlumat - Almaniyada Tehsil imkanları - Xaricde Tehsil
Müəllif
Paylaşdı
Xaricdetehsil.net
Loqo
Share this Article