Estoniyada Tehsil – TAM TƏQAÜDLÜ Magistr Təhsili alan tələbə ilə müsahibə

xaricdetehsil.net
xaricdetehsil.net
7 Min Read
tallin universitetleri tehsil
Şəkil : telegraph.co.uk

Tərlan Estoniyanın Tallin Texniki Universitetində magistr təhsili alır. Estoniyada təqaüdlü təhsil almaq mümkündürmü və Estoniyada təqaüd proqramları hansılardır? Tələbə bu videoda xaricdə təhsil almaq üçün lazım olan sənədlər hansılardır? – və digər suallarımızı cavablandırır:

Təhsil üçün müxtəlif təqaüd proqramlarının təklif olunduğu Estoniyada müraciətlərin cavabları açıqlandıqdan sonra tələbə alacağı təqaüd miqdarını və universitetə ödəyəcəyi illik məbləğdə nə qədər endirim əldə etdiyini öyrənir. Aylıq 350-400 Euro miqdarında təqaüd təklif edən təşkilatlar mövcuddur. Müsahibimiz Tərlanın qazandığı təqaüd “Dora” təqaüdü adlanır və minimum olaraq aylı 350 euro təşkil edir. Təqaüd ancaq dərs müddətində verilir, yəni yay aylarına şamil edilmir.

Təqaüd kifayət edirmi?

Yataqxana 110-120 avro arasında dəyişir. Tələbənin qalacaq yer kimi yataqxananı seçərək 350 euro ilə aylıq xərclərini qarşılaya bilər.

Qəbul üçün lazım olan sənədlər hansılardır?

Qəbul olmaq üçün Bakalavr təhsilində tələbənin əldə etdiyi ortalama (GPA – Ümumi Orta Müvəffəqiyyət Göstəricisi) və dil sertifikatı ilə yanaşı seçdiyi ixtisasın bakalavr ixtisasına uyğunluq dərəcəsi də müəyyən rol oynayır.
Dil sertifikatı olaraq 6 ballıq IELTS sertifikatı kifayət edir. Bakıda keçirilən Estoniyada təhsil sərgisi vasitəsilə tələbələr ingilis dili səviyyələrini müəyyənləşdirmək üçün imtahan verərək IELTS əvəzinə həmin nəticə ilə də universitetlərə müraciət edə bilərlər.

Tələbələr müraciət üçün müəyyən məbləğ ödəməklə 3 ixtisasa müraciət edə bilərlər. Əvvəlcədən müraciət etmək üstünlük hesab edilir, müsahibimiz Tərlan məhz buna görə Universitetlə Skype müsahibəsi olmadan qəbul ola bilmişdir. Bunun üçün motivasiya məktubuna xüsusi diqqət yetirmək lazımdır və tələbə universitetin qəbul heyətini bu ixtisasa uyğun olduğunu sübut etməlidir.

Estoniyada təhsil almaq üçün necə müraciət etməli?

Estoniyada təhsil imkanlarını araşdırmaq və sizə uyğun magistr və ya bakalavr proqramını tapmaq üçün DreamApply platformasına daxil olmalısınız. Daxil etdiyimiz link vasitəsilə təhsil almaq istədiyiniz dili seçərək uyğun tədris proqramını axtara bilərsiniz.

estoniya-teqaud-proqrami
estonia.dreamapply.com

Sol tərəfdə göstərilən tədris proqramlarıdır və mənası aşağıdakı kimidir:
Undergraduate – Bakalavr təhsili (BSc – Bachelor of Science)
Graduate – Magistr təhsili (MSc – Master of Science)
Postgraduate – Bir neçə il təcrübəsi olub magistr təhsili almaq istəyənlər üçündür. Lakin bəzi postgraduate proqramlarına bakalavr təhsili aldıqdan sonra müraciət edilə bilər. Universitetə görə dəyişdiyi üçün göz gəzdirməkdə fayda var.
Doctoral – Doktorantura təhsili (PhD – Doctor of Philosophy)

Uyğun proqramı dili seçdikdən sonra, məsələn Menecment üzrə Bakalavr təhsilini seçsək buna uyğun universitetlər sıralanacaq. Universiteti seçdikdə ətraflı məlumat sizə təqdim olunur. Məsələn:

estonia.dreamapply.com

Gördüyünüz kimi sağ tərəfdə müraciətin başladığı tarix göstərilir. 1 Yanvar 2019 tarixində müraciətlər başlayır və 15 Aprel 2019 tarixində bitir. Dərsin başlama müddəti isə 1 Sentyabr 2019 tarixidir. Bundan əlavə tədris proqramının müddəti – 3 il, dili – İngilis dili, proqramın növü – full-time (əyani və tam müddətli) və təhsil xərci qeyd olunur. Əgər təqaüd qazanılarsa, bu xərc təqaüd proqramı tərəfindən qarşılanır və tələbə əlavə aylıq təqaüd əldə edir.

Aşağı hissəyə gəldikdə isə sənədləşmə ilə bağlı şərtlərlə tanış ola bilərsiniz. Hər universitetə qəbul olmaq üçün lazım olan sənədlər dəyişkənlik göstərir və bu bəzən IELTS imtahanı 5.5 nəticəsi, bəzən IELTS 6 ola bilər. Hətta online olaraq bu səviyyəni təyin etmə imtahanını vermə şansı da təklif edilir.  Burada qeyd olunan sənədlərin göstərilən Deadline-a (Son tarixə) qədər portala yüklənməsi tələb olunur.

Universitetə müraciət proseduru

Qeydiyyat prosesi çox asandır, tələbə göstərilən vebsaytda sağ üst hissədə “Become an Applicant”-bölməsinə daxil olaraq e-mail ilə qeydiyyatdan keçir və ondan tələb olunan informasiyanı (Ad, Soyad, Vətəndaşı olduğu ölkə və s.) portala daxil edir. Bundan sonra isə ingiliscə bilən hər kəs asanlıqla portalda müraciət üçün lazım olan sənədlər barədə məlumat alaraq onları hazırlamağa, sonra da daxil etməyə başlayır. Müraciət tarixi bitdikdən bir müddət sonra portal davamlı olaraq e-mail ilə tələbəni xəbərdar edir. Tələbə ümumi 3 universitetə müraciət edə bilər və bu universitetlər ayrılıqda tələbə ilə əlaqə saxlayaraq seçim prosesinə başlayacaqlar.

Təqaüd proqramına necə müraciət etmək olar?

Universitetdən qəbul aldıqdan sonra DoRa Təqaüd Proqramına müraciət edirsiniz.  Ödənişsiz və ya Ödənişli əsaslarla universitetdən qəbul olmağınızdan asılı olmayaraq DoRa proqramına aylıq təqaüd üçün müraciət edə bilərsiniz. Yəni universitetə ödənişsiz qəbulu ayrıca əldə edirsiz və DoRa proqramı ilə də aylıq təqaüd qazanırsız. DoRa Təqaüd Proqramına müraciət etmək üçün aşağıdakı şərt qoyulmuşdur:

Ancaq Magistr proqramına qəbul olmuş və Fakultə tərəfindən qiymətləndirmədən uğurla keçərək tədris proqramına seçilmiş tələbələr DoRa proqramına müraciət edə bilərlər. Bütün namizədlər-müraciət edənlər ayrılıqda 10 May tarixinə qədər e-mail vasitəsilə məlumatlandırılır.

Diqqət:

Portal davamlı olaraq e-mail vasitəsilə tələbəni məlumatlandırır və müraciət tarixi bitdikdən sonra universitet işçiləri tələbə ilə əlaqə saxlayır. Beləliklə müsahibə mərhələsi başlayır və hər universitetin öz qəbul prosesinə uyğun olaraq şərtlər tələbəyə göndərilir. Buraya skype müsahibəsi, yazılı bir imtahan (bir səhifəlik academic Essay – akademik  yazılması), test imtahanı ola bilər. Bunlardan vaxtında xəbərdar olmaq üçün e-maili daimi olaraq yoxlamaq və spam bölməsinə göz gəzdirmək lazımdır. Hər hansı gecikmə və tələbənin diqqətsizliyi təqaüd proqramının əldən getməsinə səbəb ola bilər.

Qeyd: Qəbul aldıqdan sonra tələbə Azərbaycanda Estoniya səfirliyi olmadığı üçün viza almaq məqsədilə Gürcüstandakı Estoniya səfirliyinə müraciət etməlidir. Azərbaycanda yerləşən Estoniya konsulluğuna tələbə vizası üçün müraciət etmək mümkün deyil. Qəbul haqqında sənədləri hazır olan tələbə Gürcüstandan asanlıqla viza üçün müraciət edərək vizasını əldə edə bilər. Prosedur haqqında ətraflı məlumat üçün konsulluqla əlaqə saxlaya bilərsiniz.

Digər Təqaüd və Xaricdə Pulsuz təhsil barədə videolarımızı izləmək üçün Youtube kanalımıza abonə olub bizə dəstək ola bilərsiniz:

____
Latviya Dövlət Təqaüdü haqqında məqaləmizi oxuya bilərsiniz. Bizi izlədiyiniz üçün təşəkkür edirik.

Xaricdə təhsil almaq üçün nə etməli – məqaləmizi oxumanızı tövsiyə edirik.

Qısa məzmun
Məqalə adı
Estoniyada TAM TƏQAÜDLÜ Magistr Təhsili alan tələbə ilə müsahibə
Açıqlama
Estoniyada Təqaüdlü təhsil almaq üçün nə etmək lazımdır? Estoniya universitetlərinə qəbul şərtləri və təqaüd proqramlarına müraciət etmə proseduru | Xaricdə təhsil imkanları
Müəllif
Paylaşdı
Xaricdə Təhsil - xaricdetehsil.net
Loqo
Share this Article