Finlandiyada Tehsil – PULSUZ (təhsil haqqı ödəmədən)

Rəsul Musayev
Rəsul Musayev
2 Min Read
finlandiyada tehsil xaricde tehsil, xaricdə təhsil, xaricde magistr tehsili
Xaricde tehsil imkanı: Finlandiyada tehsil

Norveç, İsveç və Finlandiya kimi ölkələrdə magistr təhsili almaq həm təhsil haqqı, həm də yaşayış xərcləri baxımıdan bir çoxumuz üçün maddi baxımdan sərfəli deyil. Adicə Finlandiyada təhsil üçün təhsil haqqı €5000-dan başlayaraq €18000-ya qədər yüksələ bilir. Belə olan halda da təqaüdü proqramlarının önəmi ikiqat artır.

Xaricdə təhsil almaq üçün təqaüd proqramlarının axtarışı prosesi vaxt aparan prosesdir, ələlxüsus da, Finlandiyada təqaüdlü təhsil fürsətlərindən vaxtında agah olmaq bəzən çətinlik yarada bilər. Bunu nəzərə alaraq, Finlandiyada təhsil haqqından tam azad olunaraq magistr təhsili almağın yolunu göstərəcəyik.

Haqqında danışacağımız təqaüd proqramı LUT Universiteti tərəfindən təklif edilir. Universitet Finlandiyanın Lapinranta şəhərində yerləşir və bir çox ixtisas istiqamətlərində magistr təhsili təklif edir. Daha dəqiq desək:

  • Biznesin idarə edilməsi;
  • Kimya mühəndisliyi;
  • Kompüter mühəndisliyi;
  • Sənaye mühəndisliyi və idarəetməsi;
  • Elektrik mühəndisliyi və s.

kimi ixtisaslarda heç bir təhsil haqqı ödəmədən Finlandiyada təhsil ala bilərsiniz.

Adını çəkdiyimiz və digər magistr proqramlarında təhsil haqqından azad olunmaq üçün prosedur çox sadədir. Sadəcə arzuladığınız proqrama adi qaydada portaldan müraciət edərkən təhsil haqqından azad olunmaq, başqa sözlə, magistr təhsili üçün təqaüd proqramına müraciət etmək istəyidiyinizi sistemdə bildirməyiniz kifayət edir. Müxtəlif cür təqaüd proqramları var və göstəricilərinizdən asılı olaraq bu təqaüd proqramlarının hər hansı biri vasitəsilə pulsuz təhsil imkanını əldə edə bilərsiniz.

Ətraflı məlumatı universitetin rəsmi vebsaytı vasitəsilə əldə edə bilərsiniz.

Share this Article