“Harvard” və “Cambridge” Universitetlərində təqaüdlü MBA təhsili

Rəsul Musayev
Rəsul Musayev
2 Min Read
mba teqaudu, xaricde teqaudlu tehsil
İngiltərə, Cambridge Universiteti

Hazırkı dövrdə xaricdə təhsil almaq azərbaycanlı gənclərin əmək bazarında rəqabətə uduzmamaq üçün üz tutduqları başlıca yollardan biridir. Dünya universitetləri, ələlxüsus da, magistr təhsil pilləsi üçün beynəlxalq tələbələrə bir çox fərqli ixtisaslar təklif edir. Bu baxımdan, MBA təhsili də gənclərin daim arzuladığı və uğrunda çalışdığı təhsil yollarından biridir.

Onu da etiraf etmək lazımdır ki, iqtisadiyyat, maliyyə və s. kimi akademik baxımdan oxşar olan digər proqramlarla müqayisədə MBA təhsil proqramlarına qəbul olmaq xeyli çətindir. Əsas səbəb isə rəqabətin böyük olması və qəbul üçün mübarizə aparan namizədlərin peşəkar təcrübələrinin yüksək səviyyədə olmasıdır. Təsadüfi deyil ki, dünyanın öndə gedən universitetlərinin MBA proqramlarına qəbul üçün azı 2 illik iş təcrübəsi tələb olunur.

Beynəlxalq təcrübədə tələbələrə təhsilləri üçün maliyyə yardımı təqaüd proqramları vasitəsilə təmin olunsa da, təəssüf ki, bir çox fondlar MBA təhsilini maliyyələşdirməkdən üz döndərir. Buna baxmayaraq, ABŞ və Birləşmiş Krallığın ən prestijli universitetləri olan “Harvard” və “Cambridge” Universitetlərində “Boustany Foundation” çərçivəsində tam təqaüdlə MBA təhsili almaq mümkündür.

Amerikada tehsil

Haqqında danışdığımız təqaüd proqramından müsbət cavab əldə edən namizədlərə nəhəng hesab edə biləcəyimiz maliyyə yardımları təklif edilir:

  • Təhsil haqqı (Harvard tələbələri üçün $102200, Cambridge tələbələri üçün £30000)
  • Təhsilin sonunda təcrübə proqramı üçün səyahət və yaşayış xərcləri

Hər iki təqaüd proqramı hər 2 ildə 1 dəfə təklif olunur. Belə ki, 2021-ci ilin payızında təhsilə başlayan tələbələr üçün Harvard Universitetində MBA təhsili təqaüdü təklif olunursa, 2022-ci il üçün əsas hədəf Cambridge Universiteti olacaq.

Təmin edilən təqaüd qarşılığında fondun sizdən yeganə gözləntisi təhsilinizi bitirdikdən sonra “Boustany Foundation”da 2 aylıq ödənişsiz təcrübə (internship) proqramına qatılmağınızdır. Yuxarıda da qeyd etdiyimiz kimi, təcrübə proqramı müddətində bütün xərcləriniz fond tərəfindən qarşılanır.

Təqaüd proqramına müraciət üçün sizdən əsasən təməl olaraq yalnız 3 sənəd tələb olunur:

  • Müvafiq universitetdən qəbul məktubu
  • CV
  • GMAT balı

Son müraciət tarixi əsasən may ayına təsadüf edir.

Ətraflı məlumatı fondun RƏSMİ VEBSAYTI vasitəsilə əldə edə bilərsiniz!

Qısa məzmun
Harvard və Cambridge Universitetlərində təqaüdlü MBA təhsili
Məqalə adı
Harvard və Cambridge Universitetlərində təqaüdlü MBA təhsili
Açıqlama
Bu məqalədə dünyanın ən prestijli universitetlərindən olan Harvard və Cambridge universitetlərində təqaüdlü MBA təhsil alma imkanı barədə məlumat veririk.
Müəllif
Paylaşdı
Xaricdetehsil.net
Share this Article