İndoneziyada TAM TƏQAÜDLÜ təhsil – Xaricde Tehsil

Rəsul Musayev
Rəsul Musayev
2 Min Read
indoneziyada tehsil xaricde tehsil, xaricdə təhsil, xaricde magistr tehsili
Xaricde tehsil imkanı: İndoneziya

İndoneziya dedikdə yəqin ki, bir çoxlarınızın təsəvvürünə füsunkar ekvatorial meşələr, hazırda öz gözəlliyi ilə bütün dünyanı cəlb etməyi bacaran Bali adası və ya hündür göydələnləri ilə Avropa nəhənglərini belə qısqandıran paytaxt Cakarta şəhəri gəlir.

Sözsüz ki, təbii şərait cəhətdən rəngarəng olan bir ölkədə təhsil almaq həyatınız üçün unudulmaz macəralar gətirə bilər. Lakin əsas mövzumuza, yəni təhsilə qayıtsaq görərik ki, İndoneziya bu cəhətdən də gözləntiləri üstələyir. QS tərəfindən 2021-ci ildə dərc edilən reytinq siyahısına görə İndoneziyada yerləşən Gadjah Mada University, Universitas Indonesia və Bandung Institute of Technology (ITB) dünya reytinqində müvafiq olaraq 254-cü, 305-ci və 313-cü yerləri tuturlar.

Tam təqaüd proqramı

İndoneziyada tam təqaüdlü təhsil proqramı, orijinal adı ilə desək, KNB Scholarship Program maliyyə baxımından ən sərfəli proqramlardan hesab olunur. Belə ki, təqaüd proqramı çərçivəsində tələbələrin aşağıdakı xərcləri qarşılanır:

  • Tələləbinin birdəfəlik yerləşmə xərci (IDR 1500000/ 86 avro)
  • Yaşayış üçün aylıq stipendiya (IDR 2550000/ 147 avro)
  • Təhsil ləvazimatı (kitablar) və elmi araşdırmalar üçün əlavə stipendiya
  • Səyahət xərci (2 tərəfli)
  • Tibbi sığorta

Təqaüd proqramında iştirak üçün tələblər sizin seçdiyiniz təhsil səviyyəsinə görə dəyişir. Qeyd edək ki, təqaüd proqramı çərçivəsində pulsuz bakalavr, magistr və doktrorantura təhsili almaq mümkündür. Maksimum yaş həddi isə müvafiq olaraq 25, 35 və 40-dır.

Marağın daha böyük olduğunu nəzərə alaraq, magistr üzrə təqaüd proqramı üçün tələb olunan göstəriciləri sizinlə bölüşürük:

  • Maksimum 35 yaş;
  • Əvvəllər magistratura təhsili almamış olmaq;
  • IELTS 6.0 və ya TOEFL 80 sertifikatı;
  • İndoneziya səfirliyindən tövsiyə məktubu;
  • Əvvəlki təhsilinizdəki professor və ya müəllimlərdən tövsiyə məktubu;
  • Onlayn müraciət formu və digər administrativ sənədlər.

Prosedurun böyük hissəsi onlayn portal vasitəsilə həyata keçirilsə də, səfirliklə bağlı prosedurlar da təqaüd proqramına müraciət prosesinə daxildir. Ətraflı məlumatı rəsbi vebsaytdan əldə edə bilərsiniz:

Müraciət Linki

Share this Article