İsveçdə Təhsil – TAM TƏQAÜDLÜ Magistr Təhsili (Visby Təqaüdü)

xaricdetehsil.net
xaricdetehsil.net
3 Min Read
visby scholarship teqaud proqrami
Image: nurismafira.files.wordpress.com

İsveçdə Visby təqaüdü ilə magistr təhsili alan Nicat Eldarov sizə İsveçdə təhsil almaq üçün nə etməli olduğunuzu izah edir. Lazım olan sənədlər, təqaüdə seçim prosesi, təqaüdün gətirdiyi üstünlüklər, İsveçdə sosial və universitet mühiti və s. barədə ətraflı məlumatı videomüsahibədən almaq mümkündür. Əgər siz də Visby təqaüdü ilə İsveç universitetlərindən birində təhsil almaq istəyirsinizsə, sizin üçün hazırladığımız bu videomüsahibəni izləməyi məsləhət görürük:

Visby təqaüd proqramı magistratura və doktorantura tələbələri üçün təklif olunur və bu ölkə vətəndaşlarına təklif edilir: Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Rusiya, Ukrayna, Ermənistan

Təqaüd proqramı nələri qarşılayır?

– Yaşayış xərcləri üçün 9000 İsveç kronu
– Sığorta
– Təhsil xərci (universitetin tədris proqramı üçün tələb olunan xərc)
– Səyahət xərci üçün 5000 kron
– İsveç İnstitut Şəbəkəsinə üzvlük (SI NFGL), karyera inkişafınız üçün müəyyən

Visby təqaüdünə müraciət etmək üçün hansı sənədlər lazımdır?

– Referans (Tövsiyə) məktubu
– Motivasiya məktubu
– Dil sertifikatı (IELTS, TOEFL), ən azı B2 səviyyəsini sübut edən rəsmi sənəd.
– CV

Visby təqaüdünə necə müraciət edilir?

visby scholarship azerbaijan
www.universityadmissions.se

2019-2020 ci illərdə İsveçdə magistratura təhsili almaq istəyən tələbələr 4-14 Fevral 2019 tarixi aralığında müraciət etməlidirlər. Müraciət etməzdən əvvəl tələbələr Visby Proqramı üçün seçilə biləcək ixtisasların siyahısına diqqətlə nəzər salmalı və özlərinə uyğun ixtisası seçməlidirlər. Bu siyahı 1 Dekabrdan gec olmayaraq Visby təqaüdünün rəsmi saytında yayımlanır.

-Müraciətlər üçün son tarix 1 Fevraldır və bu vaxta qədər bütün sənədlər hazırlanaraq müraciət prosesi tamamlanmalıdır.
– Müraciət üçün rəsmi sayta keçid edərək uyğun ixtisas seçilir və sənədləşmə prosesi həyata keçirilir.
– 4 ixtisas seçimi etmək mümkündür.
– Müraciət bitdikdən sonra Visby təqaüd formuna daxil etməyiniz üçün sizə Application number (müraciət nömrəsi) veriləcək.
– Müraciət üçün 900 kron (100 dollar) məbləğində birdəfəlik xərc ödənilməlidir.

Müraciət saytında təqvim üzrə xəbərlər mütəmadi olaraq paylaşılır və müraciət vaxt gəldikdə orada yerləşdirilən keçidlərdən istifadə edə biləcəksiniz.

DİQQƏT: 15 Yanvar tarixinə qədər universitetlərə müraciət sona çatmalı və 4-14 Fevral aralığında Visby təqaüdünə müraciət edilməlidir.

xaricde tehsil almaq

Keçən il Visby təqaüdünü qazanmış tələbələrin ixtisas və ölkələrin siyahısına baxa bilərsiniz.

Viza prosesi və lazım olan sənədlərin hazırlanması barədə ətraflı məlumat üçün videonu izləyə bilərsiniz 🙂
Digər Təqaüd və Xaricdə Pulsuz təhsil barədə videolarımızı izləmək üçün Youtube kanalımıza abonə olub bizə dəstək ola bilərsiniz:

Estoniya, Rusiya, LatviyaAlmaniyada Təqaüdlü təhsil barədə məqalələrimizi də oxumağı unutmayın 🙂

 

Xaricdə təhsil almaq üçün nə etməli – məqaləmizi oxumanızı tövsiyə edirik.
İsveç haqqında məlumat üçün Vikipediya məqaləsi

Qısa məzmun
Məqalə adı
İsveçdə TAM TƏQAÜDLÜ Magistr Təhsili (Visby Təqaüdü)
Açıqlama
İsveçdə Visby təqaüdü ilə magistr təhsili alan Nicat Eldarov sizə İsveçdə təhsil almaq üçün nə etməli olduğunuzu izah edir.
Müəllif
Paylaşdı
xaricdetehsil.net
Loqo
Share this Article