İsveçrədə Təhsil Təqaüd Proqramı

xaricdetehsil.net
xaricdetehsil.net
1 Min Read

İsveçrənin Cenevrə Universiteti BMT-nin Cenevrə ofisi ilə tərəfdaşlıq çərçivəsində 2023-2024-cü tədris ili üzrə magistratura səviyyəsinə Avropa və beynəlxalq idarəçilik (MEIG) proqramı üçün təqaüd proqramı elan edir.

Tam təqaüd proqramı təhsil haqqı və yaşayış xərclərini əhatə edir. Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları 15 noyabr 2022-ci il tarixinədək tələb olunan bütün sənədlərlə birgə MEIG proqramının rəsmi internet səhifəsi vasitəsilə onlayn müraciət etməlidirlər.

Təqaüd proqramı çərçivəsində təhsilə dair RƏSMİ MƏLUMATLARLA tanış ola bilərsiniz:

İsveçrənin Cenevrə Universiteti 2023-2024-cü tədris ili üzrə Avropa və beynəlxalq idarəçilik (MEIG) proqramı üçün təqaüd proqramı elan edir
Ölkə: İsveçrə
Təhsil səviyyəsi: magistratura
Təqaüd müddəti: 10 ay
Maliyyələşmə: təhsil haqqı və yaşayış xərcləri (20000 – 45000 İsveçrə
Frankı (CHF))

Dil bilikləri: ingilis dili (TOEFL/ IELTS/Cambridge English Qualification) və ya orta/ali təhsil müəssisəsində aldığı təhsilin tədris dilinin ingilis dilində olduğuna dair sənəd;
Müraciət forması: ərizə forması
Ətraflı məlumat: https://www.meig.ch/admissions/
Son tarix: 15.11.2022

Share this Article