Latviyada Tehsil – Dövlət Təqaüdü ilə Xaricdə Təhsil imkanı (VİDEOMÜSAHİBƏ)

xaricdetehsil.net
xaricdetehsil.net
5 Min Read
latviya dövlət təqaüdü ilə riqa şəhəri
Şəkil: pharosreizen.be

Latviyanın Riqa Texniki Universitetində Latviya Dövlət Təqaüdü ilə Magistr təhsili alan Rafael Yusubov öz təcrübəsini bizimlə bölüşür. Video müsahibəni yerləşdiririk:

Latviya Dövlət Təqaüdü haqqında ətraflı məlumat:

Təqaüd proqramı Latviya dövləti tərəfindən qarşılanır və Latvia Government Scholarship adlanır. Təqaüdə Latviya dövləti ilə razılaşması olan ölkələrin vətəndaşları müraciət edə bilər. Həmin ölkələrin sırasında Azərbaycan Respublikası da yer alır.

Tədris hansı dildə aparılır?

Bir çox proqramlar latış dilində tədris edilsə də, ingilis dilində də proqramlar mövcuddur. Ingilis dilində tədris olunan proqramlar ödənişli əsaslarla təklif edilir.

Təqaüd kimlərə verilir və təqaüd müddəti nə qədərdir?

Təqaüd bakalavr və magistr ixtisasları üçün 1 akademik il müddəti üçün verilir – bu 10 ay təşkil edir. (PhD – doktorantura təhsili alanlar üçün 11 ay)
Lakin təqaüd müddəti bitdikdə 1 tələbə 2-ci dəfə Latviya Dövlət Təqaüdünə müraciət edə bilər. Hər tələbə üçün yalnız 2 dəfə müraciət imkanı var.

Əgər tələbə magistr təhsilini Latviya Filologiyası, Latviya ədəbiyyatı, Latviya mədəniyyəti və Latviya tarixi – kimi ixtisaslar üzrə təhsil alarsa təqaüd 2 akademik il üçün verilir.

Akademik il Latviyada 1 Sentyabr – 30 İyun tarixləri arasında davam edir.

Təqaüdün miqdarı nə qədərdir? Xərcləri qarşılayırmı?

Təqaüd aylıq 500 avro təşkil edir. Bu məbləğlə tələbə ya təhsil xərclərini , ya da yaşayış xərclərini qarşılamalıdır. Təqaüd məbləği ödənişli əsaslarla (ingilis dilli proqramlarda) oxuyan tələbələrin bütün xərclərini qarşılamaq üçün kifayət etmir.

Müraciət etmək üçün hansı sayta daxil olmalıyıq?

Təqaüdə müraciət üçün ilk öncə  Qeydiyyat linkinə daxil olaraq rəsmi təqaüd saytında profil yaratmalısız
Qeydiyyat üçün ad-soyad, e-mail ünvanı və telefon nömrəsi tələb olunur. Sonra isə profilinizə daxil olaraq ən aşağı qismdə müraciət formalarını görəcəksiniz

latviya dovlet teqaudu
scholarships.viaa.gov.lv

Sol tərfdə təqaüdü üçün Form linki yerləşdirilib. Həmin forma daxil olaraq tələb olunan məlumatları doldurmaq lazımdır.

latviya dövlət təqaüdü
scholarships.viaa.gov.lv

Müraciət etmək üçün lazım olan sənədlər hansılardır?

Təqaüd proqramına müraciət üçün lazım olan sənədlər bunlardır:
Europass saytında hazırlanmış CV
Motivasiya məktubu, yəni təhsildən əlavə fəaliyyətlərinizi və Latviyada müraciət etdiyiniz tədris proqramı ilə əlaqəli olan iş təcrübəsi, təşkilat və elmi konfranslardakı fəaliyyətləri əks etdirən yazı. (Motivation letter)
Diplom (əgər təhsil bitibsə) və ya transkriptin (əgər təhsil davam edirsə) surəti.
-Akademik heyət – universitet müəllimləri tərəfindən son 6 ay ərzində yazılmış 2 ədəd Tövsiyə məktubu (Recommendation letter).
-Latviya universitetinə qəbul olması ilə bağlı məktub – Acceptance Letter. Bu məktub Latviyada hər hansı universitetə qəbul olduğunuzu təsdiqləməklə sizə təqaüd proqramına müraciət etmə imkanı verən əsas sənəddir.
-Təqaüd müddəti ərzində keçiləcək tədris proqramı. Bu form nümünəsi doldurularaq göndərilir. Formu doldurmaq üçün qəbul olduğunuz universitetdən Kurikulum cədvəlini tələb edə bilərsiniz.
Dil bilgisini təsdiqləyən sənəd (IELTS , TOEFL və sair)
Şəxsiyyət vəsiqəsinin və ya pasportun surəti

Diqqət: Bu sənədlərdən hər hansı biri Latviya və ya İngilis dilində deyilsə, həmin dillərdən birinə tərcümə edilməlidir. Əgər Azərbaycan təhsil nazirliyi bu sənədləri tələb edirsə, onlara da eynisini göndərməlisiniz.

Müraciət nə zaman başlayır?

Latviya Dövlət Təqaüdünə müraciət tarixi 10 Yanvarda başlayır və 1 Aprelə qədər müraciətlər tamamlanmalıdır. Seçim prosesi tamamlandıqdan sonra İyun ayında təqaüdü qazananların adları açıqlanır və tələbələr e-mail ilə məlumatlandırılır.

Təqaüd miqdarı nə qədərdir?

-bakalavr və magistr üçün 500 avro
-doktorantura üçün 670 avro

Latviyada İngilis dilində olan tədris proqramlarının heç biri pulsuz deyil. Təqaüdə layiq görülmüş tələbələr aldıqları təqaüdlə bu təhsil xərcini qarşılaya bilər və ya bu məbləği yaşayış xərcləri üçün ayıra bilər. Nəzərə alın ki, bu təqaüd Latviyada bütün xərcləri qarşılamaq üçün kifayət deyil. Mütləq əlavə gəlir mənbəyi olmalıdır.

Təqaüd saytında qeyd olunduğuna görə əgər tələbə hər hansı ay Latviyada (hər hansı ərazisində) 15 gündən az vaxt keçirərsə, yəni ölkədə 15 gündən az olarsa, həmin ayın təqaüdü verilmir.

Əlavə olaraq qeyd edək ki, Latviya təqaüdü ölkəyə gediş-gəliş xərclərini qarşılamır.

Təqaüd hər ölkədən müraciət edənlərin sayının ancaq 10 faizinə verilir. Məsələn əgər Azərbaycandan 80 nəfər müraciət edibsə, 8 nəfərə təqaüd veriləcək.

Bu məlumatın tamamı və digər suallarınızı ünvanlayacaq e-mail adresləri Təqaüd haqda rəsmi məlumat səhifəsində yerləşdirilmişdir.

Digər Təqaüd və Xaricdə Pulsuz təhsil barədə videolarımızı izləmək üçün Youtube kanalımıza abonə olub bizə dəstək ola bilərsiniz:

________________
Estoniyada Tam Təqaüdlü təhsil almaq istəyirsinizsə, məqaləmizi oxuya bilərsiniz. Bizi izlədiyiniz üçün təşəkkür edirik.

Xaricdə təhsil almaq üçün nə etməli – məqaləmizi oxumanızı tövsiyə edirik.

Qısa məzmun
Məqalə adı
Latviyada Təqaüdlü Təhsil imkanı
Açıqlama
Latviya Dövlət Təqaüd Proqramına necə müraciət etmək olar və lazım olan sənədlər hansılardır? Latviyada təhsil alan tələbə ilə müsahibə
Müəllif
Paylaşdı
Xaricdə Təhsil - xaricdetehsil.net
Loqo
Share this Article