Macarıstanda təhsil 2023-2024 – HTP Dövlət Təqaüd Proqramı

xaricdetehsil.net
xaricdetehsil.net
14 Min Read
macaristanda tehsil 2023-2024

Macarıstan 2023-2024-cü tədris ili üçün təqaüd proqramı (HTP) elan edir.

Təqaüd proqramı Elm və Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 6 yanvar 2021-ci il tarixində imzalanmış 2021-2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən həyata keçirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır. Təqaüd proqramına sənəd qəbulu 15 yanvar 2023-cü il saat 23:59-a kimi aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (TPF) yekun qərarının 2023-cü ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.

Təqaüd proqramı çərçivəsində təhsilə dair RƏSMİ məlumatIarla tanış olun:

Macarıstanda Təhsil Hökumətlərarası Təqaüd Proqramı 2023-2024 (bakalavriat, magistratura və doktorantura)

İndi müraciət et: www.htp.edu.az
kənd təsərrüfatı, su idarəetməsi – 10 təqaüd;
təbiət elmləri, davamlı inkişaf – 20 təqaüd,
turizm – 10 təqaüd;
səhiyyə elmləri – 5 təqaüd;
beynəlxalq münasibətlər – 5 yer;
mühəndislik, informasiya texnologiyaları, texnologiyalar – 75
təqaüd; iqtisadiyyat, biznes və idarəetmə elmləri – 50
təqaüd.
istənilən maraq dairəsi üzrə – 25 təqaüd.

Macarıstanda Təhsil 2023-2024 Ümumi Məlumat

Təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 6 yanvar 2021-ci il tarixində imzalanmış 2021-2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandum”una əsasən həyata keçirilir. Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı üçün aşağıdakı ixtisas proqramları əsasında təqaüd ayrılacağı nəzərdə tutulmuşdur:

  • tam bakalavriat və magistratura təhsil proqramları üzrə:
  • doktorantura təhsili üzrə : İxtisaslara dair ətraflı məlumatla keçiddən tanış ola bilərsiniz.
    Qeyd: Macarıstan tərəfinin elektron ərizə sistemində müqavilədə göstərilən ixtisas istiqamətlərinə uyğun olmayan ixtisaslar (hüquq, memarlıq və s.) olduğunu nəzərə alaraq bildiririk ki, müsahibə mərhələsində iştirak hüququnu ancaq Anlaşma Memorandumunda qeyd edilən (yuxarıda verilmiş) ixtisas istiqamətləri üzrə müraciət edən iddiaçılar əldə edə biləcəklər.

Macarıstanda Təhsil Təqaüd Proqramı – Maliyyələşmə

  • Tələbələr üçün nəzərdə tutulmuş təqaüd aşağıdakı xərcləri
    əhatə edir: Macarıstan tərəfindən:
  • ödənişsiz təhsil;
  • universitet yataqxanasında yaşayış;
  • tibbi sığorta;
  • aylıq təqaüd.
    Mövcud qanunvericiliyə əsasən, aylıq təqaüd ümumi olaraq
    aşağıdakı kimi müəyyənləşdirilmişdir:
  • Bakalavriat və magistratura proqramları üçün: aylıq 43,700
    Macarıstan forinti
  • Doktorantura proqramları üçün: təlim və tədqiqat dövründə aylıq 140.000, dissertasiya dövründə isə aylıq
    180.000 Macarıstan forinti (HUF)
    Diqqət! Təhsil yerinə gediş-gəliş xərcləri tələbələrin özləri tərəfindən qarşılanır.

Macarıstanda təhsil üçün Müraciət forması və tarixlər

  1. Təqaüd proqramına müraciət üçün son tarix: 15.01.2023/23:59
    (GMT+4, Bakı vaxtı ilə);
  2. Təqaüd proqramına müraciət edəcək iddiaçılar hər iki ölkənin müvafiq elektron ərizə sisteminə müraciət etməlidirlər: İlk öncə, Macarıstan elektron ərizə sistemi doldurulub təsdiq edilməlidir: https://apply.stipendiumhungaricum.hu/
    Növbəti addım olaraq isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elektron ərizə sisteminə müraciət edilməlidir (15.01.2023/23:59-dək (GMT+4, Bakı vaxtı ilə)):
    https://app.htp.edu.az/
  3. Hər iki elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, bu elanın və müraciət etdikləri ali təhsil müəssisələrinin ümumi tələblərinə cavab verən namizədlər onlarla fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar;
  4. Müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədə elektron poçt/şəxsi kabinet vasitəsilə bildiriləcəkdir;
  5. Müsahibə üçün təyin olunmuş vaxta 15 dəqiqədən çox gecikən şəxslər müsahibəyə buraxılmayacaqdır;
  6. Hər bir namizədlə keçirilmiş müsahibə 10-15 dəqiqə ərzində davam edir, müsahibədə audio-video çəkiliş aparılır;
  7. Seçim nəticələrinə dair apellyasiya verilməsi nəzərdə tutulmur;
  8. Elm və Təhsil Nazirliyi tərəfindən namizədliyi təsdiq olunmuş şəxslərin adları Macarıstan tərəfinə (TPF) təqdim ediləcəkdir;
  9. Elm və Təhsil Nazirliyi tərəfindən təklif olunan və təsdiq üçün Macarıstan tərəfinə göndərilmiş namizədlərin sənədləri müraciətlərində qeyd etdikləri ali təhsil müəssisələrinə seçim sıralamasına uyğun olaraq göndəriləcəkdir;
    *Ali təhsil müəssisələrinin seçim qaydaları bir-birindən fərqlənir və qəbul daxili qaydalarla tənzimlənir. Göstərilmiş universitetlərdən heç birinə qəbul ola bilməyən namizədlərin təqaüd hesabına təhsil alması mümkün olmayacaqdır.
  10. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (TPF) yekun qərarının 2023-cü ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir;
    Qeyd: 2023/24-cü tədris ili üzrə təqaüd qazanmış şəxslər forsmajor (xüsusi və gözlənilməz) hallar istisna olmaqla, Elm və Təhsil Nazirliyi və Tempus Fondunun razılığı olmadan, təhsillərini növbəti semestrə və ya akademik ilə təxirə sala bilməzlər.

Macarıstanda təhsil üçün Müsahibə mərhələsində iştirakda əsas şərtlər və tələb olunan sənədlər.

  1. Namizədlər yalnız aşağıdakı tələbələrə cavab verdikləri təqdirdə fərdi müsahibə mərhələsində iştirak hüququ əldə edəcəklər:
  2. Bakalavriatdan sonrakı təhsil səviyyələrinə müraciət edən iddiaçıların ali təhsil haqqında diplom üzrə ixtisasının xaricdə oxumaq üçün seçdiyi hər iki ixtisasa uyğun olması tövsiyə olunur (ixtisasların uyğunluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il, 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli, 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı”na əsasən müəyyən olunur);
  3. İddiaçıların seçdiyi hər iki ixtisasın eyni ixtisas istiqaməti üzrə olması tövsiyə olunur;
  4. Bakalavriat təhsil səviyyəsi üzrə təhsil almaq istəyən şəxslər ölkənin ali təhsil müəssisələrinin tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki və texnoloji, təbiət, kənd təsərrüfatı, səhiyyə, rifah və xidmət, əsas (baza ali) tibb təhsili və xüsusi təyinatlı ixtisas qrupları üzrə yekun olaraq ən azı 350, digər sahələr üzrə ən azı 450 bal toplamalıdırlar;
  5. 2022/23-cü tədris ili və ya əvvəlki illərdə ümumtəhsil müəssisələrindən məzun olacaq/olmuş Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanlarında iştirak etməyən iddiaçıların akademik göstəricilərini sübut edən beynəlxalq səviyyədə tanınan imtahan və ya beynəlxalq olimpiada nəticələri (SAT, qızıl/gümüş/bürünc medal sahibi və s.) əsas götürüləcəkdir (həmin sahə üzrə mümkün olan ən yüksək göstəricinin 65%-
    indən az olmamaqla).
  6. Bakalavriat təhsil səviyyəsi üzrə müraciət edən iddiaçıların (əvvəlki illərin məzunları) attestat (və ya qiymətlər göstərilməklə hazırda orta məktəbin son ilində təhsil aldığına dair arayış) və ya orta ixtisas diplomu üzrə cari müvəffəqiyyət dərəcəsinin orta balı 5 ballıq sistem üzrə 4 baldan aşağı
    olmamalıdır;
  7. Hazırda bakalavriat səviyyəsində Macarıstanda şəxsi vəsaiti hesabına təhsil alan və DİM/SAT göstəricilərinə sahib olmayan namizədlərin ümumi orta müvəffəqiyyət göstəriciləri (ÜOMG-si 100 ballıq sistem üzrə 70-dən az olmamalıdır) əsas götürüləcəkdir;
  8. Azərbaycanın ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyələrində təhsil alan şəxslər təhsilinin 50%-dən çoxunu tamamlamamış olmalıdır;
  9. Magistratura və ya doktorantura təhsil səviyyələrinə müraciət edən iddiaçıların əvvəlki təhsil səviyyəsi üzrə ÜOMG 100 ballıq sistem üzrə 65 baldan aşağı olmamalıdır. Hazırda təhsil aldığı eyni səviyyə üzrə müraciət edən iddiaçıların cari ÜOMG də 100 ballıq sistem üzrə 65 baldan aşağı olmamalıdır;
  10. Namizədin seçilmiş proqrama uyğun dil biliyi səviyyəsi sertifikatı bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə IELTS sertifikat balı minimum 6.0 və ya digər sertifikatların bu göstəriciyə ekvivalentini təşkil etməlidir;
  11. Macarıstan tərəfinin elektron ərizə sistemində müqavilədə göstərilən ixtisas istiqamətlərinə uyğun olmayan ixtisaslar olduğunu nəzərə alaraq, yalnız Anlaşma Memorandumunda qeyd edilən ixtisas istiqamətləri üzrə müraciət edən iddiaçılar müsahibə mərhələsində iştirak hüququ qazana biləcəklər.
  12. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almış, lakin Elm və Təhsil Nazirliyi ilə imzaladığı müqaviləyə əsasən 5 il ərzində ölkədə işləmək öhdəliyini yerinə yetirməmiş məzunların sənədləri qəbul edilməyəcəkdir;
  13. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4- cü bəndinə əsasən (…dövlət оrta iхtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir), Azərbaycan ali təhsil müəssisələrində yaxud xaricdə dövlət hesabına (“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və
    hökumətlərarası müqavilələr yolu ilə) təhsil almış şəxslər eyni təhsil səviyyəsi üzrə yenidən müraciət edə bilməzlər;

Macarıstanda Təhsil üçün Lazım Olan Sənədlər:

  • Avropa İttifaqı CV nümunəsində (Europass format) doldurulmuş CV (namizədin şəkli əlavə olunmalı, təhsil almaq üçün müraciət etdiyi dildə və ya ingilis dilində hazırlanmalı);
  • Motivasiya məktubu – təhsil alacağınız ixtisas və Macarıstanda təhsillə bağlı məqsəd və gözləntiləriniz barədə minimum 1 səhifədən ibarət qısa xülasə (Times New Roman 12 şrifti ilə ingilis və ya macar dilində yazılmış);
  • Xarici dil sertifikatı (IELTS; TOEFL; Duolingo*);
    *Müraciət edilən ali təhsil müəssisəsi qəbul etdiyi təqdirdə.
  • Təhsil sənədləri (ingilis və ya macar dilində notarial qaydada tərcümə və təsdiq olunmuş)
    a. bakalavriat təhsil səviyyəsi üçün: orta təhsili bitirmə haqqında sənəd (attestat və ya hazırda təhsil aldığına dair arayış);
    b. magistratura təhsil səviyyəsi üçün: bakalavr diplomu və transkript;
    c. doktorantura təhsil səviyyəsi üçün: bakalavriat və magistratura diplomu və transkriptlər;
    QEYD: Bakalavriat təhsil səviyyəsi üzrə I-II, magistratura təhsil səviyyəsi üzrə isə I təhsil illərində təhsil alan şəxslər təhsil aldıqlarına dair müvafiq arayış və transkript təqdim etməlidirlər.
    QEYD: Sadalanmış ali təhsil sənədlərindən hər hansısa birini (bakalavr və ya magistr diplomu) namizəd xarici təhsil müəssisəsinin məzunu olaraq almışdırsa, həmin sənədin Azərbaycan Respublikası ərazisində kvalifikasiyaların tanınması prosesindən keçdiyinə dair sənəd təqdim etməlidir.
  • QİÇS, Hepatit A, B, C və ya başqa yoluxucu xəstəliklərin olmamasına dair tibbi arayış. QEYD: 01 Sentyabr 2022-ci il tarixindən sonra alınan arayışlar; Macarıstan tərəfi üçün müvafiq sağlamlıq haqqında sənədlərin təqdim olunması üçün son tarix 15.04.2023-cü ildir.
  • Ümumvətəndaş pasportunun surəti;
  • Hərbi bilet və ya hərbi xidmətdən möhlət haqqında sənəd (ASAN xidmətdən alınan arayış). Qeyd: Hazırda Azərbaycanda bakalavriat və magistratura təhsil səviyyələrinin sonuncu kursunda təhsil alan tələbələrə şamil edilmir;
  • İki ədəd tövsiyə məktubu (yeni tarixli, imzalı və möhürlü olması mütləqdir); Doktorantura proqramı üçün müraciət edən namizədlər aşağıdakı sənədləri əlavə olaraq təqdim etməlidirlər:
  • Namizədin tədqiqat işinə dair Azərbaycan dilində məlumat (tədqiqat planı: qısa xülasə, metodologiya, tədqiqat sualı, biblioqrafiya) – 2000 sözdən az olmayan həcmdə;
  • Namizədin xarici ölkələrin təsir gücünə (“impakt faktor”) malik olan, istinad indeksli elmi nəşrlərində dərc olunmuş elmi məqalələri, yaxud həmin məqalələrə elektron keçidlərin (linklərin) siyahısı (əgər varsa);
  • Elmi rəhbərdən müvafiq arayış – (Namizədin qəbul olunduğu ali təhsil müəssisəsində müvafiq “supervisior”dən ona elmi rəhbərlik edəcəyinə dair sənəd əldə olunmalı və aidiyyəti üzrə elektron sistemlərə yükləməlidir).
    İstisna hallarda aşağıda qeyd olunmuş tələb olunan sənədlərin sonradan göndərilməsi mümkündür:
  • tam orta təhsili bitirmə haqqında sənəd: tam orta təhsil səviyyəsində sonuncu yarımilliyində təhsil alanlar üçün
  • bakalavriat diplomu: bakalavriat təhsil səviyyəsində sonuncu semestrdə təhsil alanlar üçün;
  • magistratura diplomu: magistratura təhsil səviyyəsində sonuncu semestrdə təhsil alanlar üçün; Qeyd olunan çatışmayan sənədlər 1 avqust 2023-cü ildən gec olmayaraq təqdim olunmalıdır.
    Qeyd 1: Müraciət edən namizədlərin yaşı 18 yaşdan (31 avqust 2005-ci ildən əvvəl doğulmuş olmalıdır) aşağı olmamalıdır
    (“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (TN) ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 6 yanvar 2021-ci il tarixində imzalanmış 2021-2023-cü illər üçün
    “Stipendium Hungaricum” proqramına əsasən həyata keçirilir tələbinə əsasən, müvafiq tədris ilində 1 sentyabr tarixinə qədər 18 yaşı tamam olmayan Azərbaycan Respublikası vətəndaşları təqaüd proqramına müraciət edə bilməzlər).
    Qeyd 2: Namizədlər, bir akademik ildə ilkin seçimi Elm və Təhsil Nazirliyi tərəfindən aparılan yalnız bir ölkənin təqaüd proqramına müraciət edə bilərlər. Elm və Təhsil Nazirliyinin elektron ərizə sistemi iddiaçılara yalnız bir təqaüd proqramına müraciət etməyə icazə verir.
    Qeyd 3: Poçt və ya elektron poçt vasitəsilə sənədlərini Elm və Təhsil Nazirliyinə göndərən şəxslərin sənədləri nəzərə alınmayacaqdır. Seçim prosesində sənədlərini hər iki: Macarıstan təqaüd proqramının və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elektron ərizə sistemləri vasitəsilə təqdim etmiş şəxslərin müraciətlərinə baxılacaqdır.
    Qeyd 4: Müraciətinizdəki təqdim etdiyiniz sənədlərin uyğunsuzluqlarının aradan qaldırılması üçün müvafiq yoxlama siyahısından (Checklist) istifadə etməyiniz tövsiyə olunur.

Elm və Təhsil Nazirliyi ilə əlaqə : Təqaüd proqramı ilə bağlı suallarınızı htpinfo@edu.gov.az
elektron poçtuna ünvanlaya bilərsiniz.
Mütəmadi verilən suallar barədə keçiddən tanış olmağınız xahiş
olunur.

Mənbə: htp.edu.az

Share this Article