[YENİ – 2020] Macarıstanda Təhsil və İş İmkanları

xaricdetehsil.net
xaricdetehsil.net
5 Min Read
macaristanda tehsil, macarıstanda təhsil, xaricde tehsil
Image source: kafkadesk.org

Macarıstanda oxuyan azərbaycanlı tələbə görməyə gözümüz artıq çox alışıb. Yəqin ki, hamınızın Macarıstanda təhsil alan ən azı 1 tanışı var. Ona görə də, məncə, yaxşı olar ki, elə birinci Macarıstanın populyarlığın səbəbindən başlayıb söhbətə.

Məlum  məsələdir ki, Azərbaycandakı orta gəlir səviyyəsi bir çoxları üçün istədikləri ölkədə təhsil almağa əngəl yaradır. Hökümətlərarası təqaüd proqramı bu baxımdan tələbələrin işini çox asanlaşdırır – Macarıstan maddi baxımdan daha əlçatandır. Hər il 200 nəfərə qədər azərbaycanlıya təqaüdlü təhsil verən bu proqram barədə növbəti postlarda daha ətraflı yazacam.

Digər tərəfdən, Macarıstandakı iş fürsətləri tələbələrin “Avropaya köçmək” xəyalları üçün ideal şərait yaradır. Yerli dili bilmədən buraya tələbə olaraq gəlib, karyera quraraq uzun müddət Macarıstanda yaşamış və yaşamağa davam edən insanlarımız çoxdur. Bu haqda yazacağım növbəti postlarda özünüz də əmin olacaqsınız ki, Macarıstana miqrasiya etmək heç də düşünüldüyü qədər əlçatmaz bir prosedur deyil.

Macarıstanda Təhsil Keyfiyyəti

Macarıstanda tehsil keyfiyyəti haqda fikirlər fərqlidir. Mənim şəxsi fikrim odur ki, oxuduğunuz ixtisasdan, seçdiyin universitetdən və şəhərdən çox şey asılıdır. Paytaxt şəhərdə yerləşən ELTE, CEU, Szeged  və Corvinus U.B. kimi universitetlər bu baxımdan ən məsləhətli seçimlər arasındadır – xüsusilə də, İqtisadiyyat və Biznes yönümlü sahələrdə təhsil almaq istəyirsinizsə. Bundan başqa, Macarıstan sizə IT yönümlü ixtisaslarda da təhsil almaq şansı yaradır – Budapest University of Technology bu baxımdan fərqlənən universitetlərdən biridir.

Macarıstan universitetlərinin təhsil haqları əminəm ki, sizi çox təəccübləndirəcək. Magistr pilləsində təhsil almaq üçün xarici tələbələr bir çox hallarda illik € 4000-dən çox pul ödəməli olurlar. Təsəvvür edin ki, bu məbləğ Almaniya, Avstriya kimi yüksək inkişaf etmiş ölkələrdəki orta təhsil haqqından qat-qat yüksəkdir. Bu baxımdan, hökümətlərası təqaüd proqramın rolu çox böyükdür. Bu təqaüd proqramı həm sizin üçün təhsil haqqını qaşılayır, əlavə olaraq da, aylıq təqribən € 240 cib xərcliyi verir. Nəzərə alsaq ki, hər il 200-ə yaxın azərbaycanlı bu yolla macarıstanda təhsil alır, təqaüdün qazanmağın çox da çətin olmadığı qənaətinə gəlmək olar. Əsas odur ki, ortalama balınız, dil sertifikatınız (6.0 IELTS və ya ingiliscə təhsil aldığınızla bağlı digər sənədlər) lazımi səviyyədə təqdim edilsin.

Onu da deyim ki, Macarıstanda həm paytaxtda, həm də bölgələrdə yerləşən təhsil ocaqlarında keyfiyyətli təhsil almaq mümkündür. Ancaq iş imkanları baxımından fərqlər çoxdur.

Macarıstanda İş İmkanları

Artıq 2 ildir ki, Macarıstanda yaşayan biri olaraq deyə bilərəm ki, bura Avropanın iş tapmaq üçün əlverişli ölkələrdən biridir – baxmayaraq ki, bəzi ixtisaslar bu baxımdan istesna təşkil edir.

Macarıstanda tamştat (full time) işçilərin aldığı orta net maaş təqribən 779 avroya bərabərdir. Əlavə olaraq, Macarıstan hökuməti xarici tələbələrə həftədə 24 saat işləmək icazəsi verir. Bu da tələbələr üçün təhsil müddətində işləyərək həm təcrübə, həm də əlavə gəlir qazanmaq imkanı yaradır. Dünyada qibtə edilən, Azərbaycanda isə əksəriyyət üçün əlçatmaz görünən Vodafone, GE, Wizz Air, Nokia kimi nəhəng şirkətlərin Macarıstan filiallarında hazırda çox sayda azərbaycanlı tələbə təcrübəçi kimi çalışır. Şirkətlərdə təcrübəçi olaraq həftədə 24 saat çalışan tələbələrin minimum əmək haqqı aylıq +300 avrodur – hansı ki, Macarıstan üçün kifayət qədər ciddi bir məbləğdir. İşin digər gözəl tərəfi isə, bir çox şirkətin işini yaxşı bacaran tələbələri məzun olduqdan sonra iş icazəsi ilə təmin etməsidir.

Əgər təhsil aldığınız müddətdə işləmək sizin əsas məqsədlərinizdən biridirsə, mütləq paytaxt şəhərdə yerləşən universitetlərdən birini seçin. Digər bölgələrdə yaxşı təhsil ala bilərsiniz, ancaq iş tapma şansınız aşağıdır.

Son olaraq, təhsilinizi bitirdikdən sonra iş tapmasınız belə, “iş axtarma vizası”na müraciət edə bilərsiniz. Müddəti 9 aydır və təbii ki, müəyyən ödənişlər tələb olunur.

Bu il artıq yenidən RƏSMİ şəkildə təklif olunan Macarıstanda Təqaüdlü Təhsil barədə aşağıdakı faylı yükləyərək məlumat ala bilərsiniz.

2021-2022-ci ili üzrə Macarıstanda təhsil təqaüd proqramı
Fayl rəsmi olaraq – htp.edu.az saytında paylaşılmışdır.
Saytda məlumat olaraq qeyd olunur:

Macarıstan 2021-2022-ci tədris ili üçün təqaüd proqramı elan edir.
Təqaüd proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 7 dekabr 2017-ci il tarixində imzalanmış “2018-2020-ci illər üzrə İş Proqramı”na əsasən həyata keçirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır.

Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı üçün təqaüd ayrılacağı nəzərdə tutulub.
Təqaüd proqramına sənəd qəbulu 15 yanvar 2021-ci il saat 23:59-a kimi aparılacaq.
Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (TPF) yekun qərarının 2021-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.

Source: htp.edu.az

———————————————————————–

Macarıstanda təhsil ilə bağlı daha öncəki paylaşımlarımız:
Macarıstanda Təhsil Almaq üçün göstərişlər

Təqaüdün rəsmi saytı – Stipendium Hungaricum

Macarıstan haqqında məlumat

Youtube kanalımızda digər ölkələr üzrə təqaüd proqramlarını izləyə bilərsiniz. Abonə olaraq bizə dəstək olun:

 

Qısa məzmun
[YENİ - 2020] Macarıstanda Təhsil və İş İmkanları
Məqalə adı
[YENİ - 2020] Macarıstanda Təhsil və İş İmkanları
Açıqlama
Macarıstanda Tehsil - 2020-2021 tədris illəri üzrə Macarıstanda Təqaüd proqramı, təhsil və iş imkanları barədə məlumat xarakterli məqaləni sizlərə təqdim edirik.
Müəllif
Paylaşdı
Xaricdetehsil.net
Loqo
Share this Article