Xaricdə Pulsuz Təhsil

Oksford (Oxford) Universitetində TAM TƏQAÜDLÜ magistr təhsili

xaricde tehsil

Əsası hələ 1096-cı ildə qoyulan Oksford Universiteti “ali təhsil” dedikdə dünyada ilk ağla gələn təhsil ocağıdır. Oksford Universitetinin prestiji, akademik səviyyəsi hər kəsə məlumdur və bu keyfiyyətlər sayəsində universitet hazırda reytinq siyahılarında ilk pillələrdə qərarlaşır.

Təhsil haqqı cəhətdən isə vəziyyət elə də ürəkaçan deyil. Ələlxüsus da, Birləşmiş Krallıqda təhsilin ölkə vətəndaşlarına və xarici vətəndaşlara fərqli qiymət siyasəti tətbiq etməsi vəziyyəti qəlizləşdirir. Belə ki, beynəlxalq tələbələr hazırda İngiltərənin Oksford Universitetində təhsil almaq üçün minimum £26000 (61000 AZN) ödəməli olur.

Böyük Britaniyadakı təhsilin maddi baxımdan gətirdiyi çətinlikləri nəzərə alaraq bu gün sizlər üçün Oksford Universitetində tam təqaüdlü təhsili təmin edən Clarendon Scholarship barədə məlumat verəcəyik.

Klarendon (Clarendon) fondu 2001-ci ildə yaradılıb və o zamandan bəri hər  il 130 istedadlı tələbənin İngiltərənin Oksford Universitetindəki təhsilini tam təqaüdlə təmin edir.

Təqaüdün miqdarı

  • Təhsil haqqı (limitsiz)
  • Yaşayış üçün stipendiya. Stipendiyanın illik miqdarı Birləşmiş Krallıqdakı yaşayış xərclərindən asılı olaraq dəyişə bilir. Hazırkı səviyyədə illik ödəniləcək məbləğin 35000 AZN-dən yuxarı olacağını yəqin etmək olar.

Kimlər müraciət edə bilər?

Oksford Universitetində tədris olunan magistratura və doktorantura proqramlarına müraciət edən hər kəs təqaüd yarışına qatıla bilər. Əsas məsələ müvafiq ixtisas proqramına müraciətin təqaüd proqramının son müraciət tarixindən əvvəl (əsasən yanvarda) edilməsidir.

Təqaüd Proqramına necə müraciət etmək olar?

Klarendon təqaüd proqramı vasitəsilə Oksford Universitetində tam təqaüdlü təhsil almaq istəyən tələbələr xüsusi prosedurdan keçməli deyillər. Yuxarıda qeyd etdiyimiz kriteriyaya uyğun şəxslərin universitet müraciətləri avtomatik olaraq təqaüd yarışında da iştirak edir.

Proqram haqda əlavə məlumat əldə etmək üçün RƏSMİ VEBSAYTA müraciət edə bilərsiniz.

Xaricdə Təhsil – Xaricde Tehsil

Xaricdə təhsil almaq çoxlarının arzusudur. Bu istəyi reallaşdırmaq üçün Xaricde tehsil platformasını qurduq. Xarici universitetlər, xaricdə təhsil şirkətləri, xaricde teqaudlu tehsil barədə məlumatları daimi şəkildə sizinlə bölüşürük. Dəstəyiniz üçün məlumatları dostlarınızla bölüşməyiniz kifayətdir.

Açar sözləri:

  • Xaricde tehsil almaq ucun ne etmeli
  • Xaricde tehsil proqramlari
  • Xaricde tehsil sirketleri
  • Xaricde tehsil dovlet proqrami
  • Xaricde tehsil magistratura