Rusiyada Tehsil – TAM TƏQAÜDLÜ Magistr Təhsili alan tələbə ilə müsahibə

xaricdetehsil.net
xaricdetehsil.net
3 Min Read
xaricde pulsuz tehsil ucun ne etmeli
National Research University Higher School of Economics (Национальный исследовательский университет «Высшая школа экономики») Image: themoscowtimes.com

İlkin Rüstəmzadə – Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qrupları – Dünya İqtisadiyyatı ixtisasından məzun olmuşdur. İlkinə digər tələbələrin xaricdə pulsuz təhsil almaq üçün nə etməli olmaları barədə suallarımızı ünvanladıq. İlkin Rusiyanın iqtisadiyyat sahəsi üzrə ən reytinqli universitetin olan National Research University – Higher School of Economics, Yüksək İqtisadiyyat Məktəbinə daxil olmuşdur. Universitetdə ingilis dilində tədris alan İlkin bizə öz məsləhətlərini verir:

– Universitetin akademik heyətində nobel mükafatçıları da yer almaqdadır.
– Universitetə qəbul olmaq üçün bakalavr diplomu da kifayət edir, lakin belə olduqda tələbə ödənişli əsaslarla oxumalıdır.
– Pulsuz qəbul üçün müxtəlif olimpiyada müsabiqələrində iştirak edərək 50,75, 100 % kimi endirimlər əldə etmək mümkündür. Riyaziyyat, informatika, iqtisadiyyat və digər istiqamətlərdə iştirakçı qəbul edən olimpiyadalara qatılaraq pulsuz magistr təhsil imkanı tapmaq mümkündür.

OPEN DOORS scholarships – dövlət təqaüd proqramı haqqında ətraflı:

Rusiyanın Təhsil Nazirliyi rəhbərliyi ilə təşkil edilən bu proqram Rusiya vətəndaşı olmayan və bakalavr təhsili alanlar üçün Rusiyanın top reytinqli universitetlərində magistr təhsili almalarına imkan yaradır.

Proqram iki online mərhələdən (raunddan) ibarətdir və bunlardan biri Portfolio Contest adlanır. Digər mərhələ isə xüsusi tapşırıqların həllindən ibarətdir.
Proqram 2017-ci ildə 4 sahə üzrə təklif edilmişdir – Fizika, Riyaziyyat, İnformasiya Texnologiyaları (İnformatika və ya Kompüter Texnologiyaları), Ekonomiks (İqtisadiyyat)

İştirak etmək üçün bakalavr tələbəsi olmaq lazımdır və iştirak Rusiya vətəndaşlarına aid deyil. İştirakçılar həm rus, həm də ingilis dili ilə yarışda iştirak edə bilərlər.

Qaliblər rus və ya ingilis dilində tədris olunan magistr proqramlarına heç bir imtahansız qəbul olma imkanı əldə edirlər. Müsabiqə Rusiyada 21 tanınmış universitetin qəbul proqramını özünü birləşdirir ki, bu da namizədlərə geniş seçim imkanı yaradır.

Bununla yanaşı qaliblərin təhsil xərcləri dövlət tərəfindən qarşılanır və 100% endirimlə oxuyaraq əlavə olaraq dövlətdən təqaüd miqdarı əldə edirlər. Bu təqaüd onların yataqxana xərclərini qarşılayır və gündəlik xərclərini qarşılamağa nisbətən yardım edir.

Müsabiqə tələbələrə həmin məbləği heç bir şərt qoymadan ödəyir, yəni hər hansı iş məsuliyyəti və məbləğin geri qaytarılması kimi bir hal yoxdur.

İlkin Rüstəmzadə Qaliblər siyahısında yer almışdır.
Müsabiqəyə qatılmaq üçün kompüter və internet kifayətdir. Rəsmi sayt – Open Doors 🙂

Digər Təqaüd və Xaricdə Pulsuz təhsil barədə videolarımızı izləmək üçün Youtube kanalımıza abonə olub bizə dəstək ola bilərsiniz:

 

Müsabiqə haqqında ətraflı məlumat və qeydiyyat üçün sayta keçid edə bilərsiniz: od.globaluni.ru/en/register.php

 

Xaricdə təhsil almaq üçün nə etməli – məqaləmizi oxumanızı tövsiyə edirik.

Qısa məzmun
Məqalə adı
Rusiyada TAM TƏQAÜDLÜ Magistr Təhsili alan tələbə ilə müsahibə
Açıqlama
Rusiyada təqaüdlü magistr təhsili alan İlkin Rüstəmzadə digər tələbələrə xaricdə oxumaq üçün nə etməli olduqlarını öyrədir. | Rusiyada təhsil
Müəllif
Paylaşdı
Xaricdə Təhsil - xaricdetehsil.net
Share this Article