Xaricdə Pulsuz Təhsil

Slovakiyada təqaüdlü təhsil – Xaricde tehsil

slovakiyada tehsil xaricde tehsil, xaricdə təhsil, xaricde magistr tehsili
Xaricde tehsil imkanı: Slovakiyada tehsil

Avropada təqaüd qazanmaq üçün rəqabətin çox qızğın olduğunu nəzərə alsaq, Slovakiyada bu il də təqaüdlü təhsil proqramının elan edilməsi xoş xəbərdir. Slovakiya bir çox baxımından sizə Avropada təhsil və yaşamın avantajlarını hiss etdirəcək bir ölkədir. Ölkənin Avropa birliyinin üzvü olması, rəsmi pul vahidinin avro olması, paytaxt Bratislava şəhərinin inkişaf səviyyəsi burada təhsil almağın sizə qata biləcəyi potensialın nişanələrindəndir.

Slovakiya höküməti tərəfindən bu il də elan edilən ənənəvi təqaüd proqramı çərçivəsində hər il dünyanın bir çox ölkəsindən tələbələr öz təhsilləri üçün maliyyə dəstəyi əldə edirlər. Fəxr etmək olar ki, azərbaycanlı tələbələr də bu fürsətdən yararlana biləcəklər sırasına daxil edilib.

2021/22-ci il üçün elan olunan təqaüd proqramı çərçivəsində şəxslərə Slovakiyada təhsil aldıqları müddətdə aşağıdakı maliyyə yardımları olunacaq:

  • Aylıq stipendiya: 280 €/ ay
  • Təhsilə başlayan zaman birdəfəlik yardım: 35 €
  • Təhsili bitirəndən sonra birədəlik yardım: 100 €
  • Dövlət universitetlərində oxuyanlar üçün aylıq əlavə yardım: 80 €/ ay
  • Yüksək akademik performansa görə əlavə təqaüd: 50€/ ay

Azərbaycan Respublikasının vətəndaşlarına təqaüdlü təhsil üçün təklif edilən əsas ixtisaslara aşağıdakıları nümunə göstərmək olar:

  • İqtisadiyyat və menecment;
  • Kompüter elmləri;
  • Kibernetika;
  • Ətraf mühit və ekologiya;
  • Biotexnologiya və s.

Təqaüd üçün elə də qəliz sənədlər tələb olunmur: diplom və transkriptlər, tövsiyə məktubu, passport, foto və s. kimi sənədlər əsas tələblərdir.

Rəsmi məlumata əsasən, Azərbaycandan bu il cəmi 1 nəfər bu təqaüdə layiq görüləcək.

Müraciət üçün son tarix: 30 may

Ətraflı məlumatı RƏSMİ VEBSAYT vasitəlsilə əldə etməyiniz tövsiyə olunur.

Xaricdə Təhsil – Xaricde Tehsil

Xaricdə təhsil almaq çoxlarının arzusudur. Bu istəyi reallaşdırmaq üçün Xaricde tehsil platformasını qurduq. Xarici universitetlər, xaricdə təhsil şirkətləri, xaricde teqaudlu tehsil barədə məlumatları daimi şəkildə sizinlə bölüşürük. Dəstəyiniz üçün məlumatları dostlarınızla bölüşməyiniz kifayətdir.

Açar sözləri:

  • Xaricde tehsil almaq ucun ne etmeli
  • Xaricde tehsil proqramlari
  • Xaricde tehsil sirketleri
  • Xaricde tehsil dovlet proqrami
  • Xaricde tehsil magistratura