Uğurlu motivasiya məktubu yazmaq üçün Harvard məsləhətləri

Rəsul Musayev
Rəsul Musayev
1 Min Read
Motivasiya mektubu yazmaq. motivation letter yazmaq

Motivasiya məktubu bir çox hallarda mühüm əhəmiyyət daşıyır: xarici universitetlərə müraciət edərkən, xaricdə təqaüd proqramlarına müraciət zamanı keyfiyyətli motivasiya məktubu müvəffəqiyyətinizdə həlledici rol oynaya bilər.

Harvard Universitetinin karyera ekspertləri uğurlu motivasiya mektubu üçün aşağıdakı nüanslara diqqət yetirməyi şiddətlə tövsiyə edirlər:

  1. Məktubu spesifik bir şəxsin adına yazın. “To whom it may concern” yazmaq elə də yaxşı ideya deyil (söhbət əsasən iş üçün yazılan məktublardan gedir).
  2. İlk 1-2 cümlə üzərində çox baş sındırmağa gərək yoxdur. Sadə və aydın bir cümlə ilə məktubun məqsədini yazmağınız kifayət edir.
  3. CV-nizdəki hər bölmə haqda uzun-uzadı yazmağa gərək yoxdur.
  4. Son paraqrafda bir daha qəbul üçün nə qədər həvəsli olduğunuzu qeyd edin. Qarşı tərəfə ayırdığı vaxt üçün təşəkkür edin və onlarda səbirsizliklə xəbər gözləyəcəyinizi bildirin. Sonda imza atmağınız da tövsiyə olunur.
  5. Formata önəm verin. PDF formatı ən yaxşısıdır. Faylın adında isə adınızı, soy adınızı qeyd etməyi unutmayın.

Qeyd: Professional motivasiya məktublarının yazılması üçün müraciət edə bilərsiniz:

+36204382400 (WhatsApp)

Share this Article