Xaricdə iş axtarmaq – Avropa iş tapmaq

Rəsul Musayev
Rəsul Musayev
3 Min Read
xaricde is

Hazırda bir çox azərbaycanlı gənc karyerasını ölkə xaricində davam etdirmək, Avropada iş tapmaq, xüsusilə də, Almaniyaya miqrasiya etmək planları, yaxud arzuları qurur. Sözsüz ki, bu, göründüyü qədər asan məsələ deyil. Xaricde is elanlari saytlarını araşdırarkən (nümunələr məqalənin sonunda veriləcək) sizə uğyun olan çoxlu sayda elanlar tapa bilərsiniz. Ancaq CV-nizin, biliklərinizin yetərli səviyyədə olması heç də kifayət deyildir.

Xaricdə iş elanlari və çətinliklər

Xaricde is axtarmaq yolunda ilk addım, təbii ki, öz potensialınızın səviyyəsini dəyərləndirmək üçün elanları gözdən keçirmək olmalıdır. Ancaq vakansiyaları araşdırarkən nəzərə almalı olduğunuz başlıca çətinlik viza sponsorluğu məsələsidir. Ümumilikdə, bu, bir qədər mürəkkəb mövzudur. Ancaq qısa şəkildə belə ifadə etmək olar ki, Avropadakı şirkətlər üçün qeyri-Avropa vətəndaşına işçi vizası, yaxud iş izni (work permit) əldə etmək uzun və bəzən müəyyən qədər xərc gərəkdirən prosedurdur. Bu səbəbdən də, məsələn, şirkət Belçikada yerləşirsə uyğun namizədi tapmaq üçün oncəliyi məhz Belçikanın əmək bazarıdır. Əgər axtarış uğursuz olarsa, 2-ci dərəcəli üstünlük Avropa Birliyi ölkələrinin vətəndaşlarına verilir. Bu da onu göstərir ki, Azərbaycan da daxil olmaqla, Avropa Birliyinə daxil olmayan ölkə vətəndaşları daha böyük rəqabətlə üzləşə bilirlər.

Hansı saytlar vasitəsilə xaricdə iş elanlarına baxmaq olar?

xaricde is elanlari xaricde is axtarmaq, xaricdə iş elanları xaricdə iş axtarmaq

Sizin bu yoldakı ən yaxın dostlarınızdan biri, bəlkə də birincisi LinkedIn-dir. Məhz bu sosial şəbəkədə qeydiyyatdan keçərək, həm istənilən ölkədəki vakansiyalara baxa bilərsiniz, həm də xaricdə yaşayan və vaxtilə sizinlə ortaq çətinliklərlə üzləşmiş insanlarla əlaqə qura bilərsiniz. Lakin siyahı bununla da sərhədlənmir. Aşağıda işinizə yarayacaq əlavə vebsaytlar da təqdim edirik. Xaricdə iş tapmaq üçün sizə faydalı olacağını düşünürük.

  • Indeed – dünyanın bir çox ölkələrindən minlərlə vakansiya ilə məhz bu vebsayt vasitəsilə tanış ola bilərsiniz.
  • Glassdoor – prinsip etibarilə Indeed ilə oxşardır və qlobaldır. Şəxsi təcrübəmizdən deyə bilərik ki, Macarıstanda iş tapmaq üçün çox əlverişlidir.
  • Pracuj – Polşada iş axtarmaq üçün ən faydalı resurlardan biridir.
  • StepStone – 21 fərqli ölkədəki 600000-dən artıq aktiv vakansiyaya bu vebsayt vasitəsilə baxa bilərsiniz.

Sonda onu qeyd edək ki, xaricdə iş axtarmaq yoluna baş vurarkən hər nə qədər öz sahənizdə savadlı və peşəkar olsanız da, yekun nəticəni əldə etməyiniz müəyyən qədər zaman ala bilər. Çalışmaq istədiyiniz ölkəyə əvvəlcə tələbə olaraq addım atmağınız, mümkünsə, təcrübə proqramlarında iştirak etməyiniz işinizi xeyli asanlaşdıra bilər. Saytımızda xaricdə magisratura təhsili və təqaüd proqramları barədə ətraflı məlumat əldə edə bilərsiniz. Hər kəsə uğurlar!

Share this Article