Xaricde tehsil almaq üçün lazım olan sənədlərdən başlayaraq bütün proseslər barədə ətraflı məlumat verəcəyimiz bu məqalədə sizə Xaricdə təhsil almaq üçün nə etməli olduğunuzu tam detallı şəkildə izah edəcəyik. Əvvəlcə onu bildirək ki, xaricdə təhsil almaq üçün ilk şərt xarici dil öyrənməkdir. Bu və digər şərtləri aşağıda qeyd edirik:

Xaricdə Təhsil almaq üçün nə etməli?

1. Xarici dil öyrənmək

2. Akademik göstəricilərin yaxşı olması

3. Təqaüd proqramı tapmaq

4. Tələb olunan sənədləri hazırlamaq

5. Müsahibədən keçmək

6. Viza almaq

1 – Xarici dil öyrənmək

Xarici dil öyrənmək – bu addıma xaricdə magistr təhsili almaq istəyənlər universitetin ilk illərindən, bakalavr təhsili almaq istəyənlər isə məktəb illərinin ortalarından (6-7ci sinifdən) etibarən başlamalıdırlar.

xaricde tehsil almaq ucun ne etmeliBiz əsasən magistratura təhsili almaq istəyənlərə xitabən deyirik ki, 1-ci kursdan ingilis dili qrammatikasını yaxşı öyrənmək lazımdır ki, sonraki illərdə qrammatika ilə yox, daha çox praktiki danışıq və yazma qabiliyyətlərinizi inkişaf etdirə biləsiniz. Çünki dili öyrənməyin ən effektiv yolu onu tətbiq etmək, istifadə edərək inkişaf etdirməkdir.

Aşağıdakı məqaləmizi oxumağı unutmayın.

IELTS İmtahanı Haqqında 

2 – Akademik göstəricilərin yaxşı olması

Akademik göstəricilər seçilən universitetdən asılı olaraq dəyişiklik göstərən faktordur. Lakin nəzərə alaq ki, bəzi universitetlərin seçim kriteriyalarında GPA (Orta Müvəffəqiyyət Göstəricisi) ən önəmli faktor sayıla bilir. Amma bunu da nəzərə alın ki, GPA -i yüksək saxlamaq üçün universitetdən əlavə fəaliyyətlərdən qalmaq olmaz.

Xaricde Pulsuz TehsilƏks halda, özünüzü təqaüd proqramına tanıdarkən sizinlə rəqabətdə olan tələbələrə nisbətdə üstünlükləriniz az olacaq. Fərdi məsləhətim bu göstərici hədəfini 81+ olaraq müəyyənləşdirin. 91+ olaraq hədəf qoysanız dil öyrənmək, IELTS sertifikatına yiyələnmək, təcrübə qazanmaq kimi şansları qaçırma ehtimalı yarana bilər.

DİQQƏT: Buradakı məsləhətim sizin aktivliyinizdən asılıdır. Əgər öhdəsindən gələ bilsəniz həm GPA-nizi yüksək tutaraq dərslərdə aktivlik göstərə, həm də universitetdən əlavə fəaliyyətlərə qatıla, həm də IELTS imtahanında yüksək bal əldə edə bilərsiniz. Diqqət etməli olduğunuz məqam bütün bunları balanslaşdırılmış şəkildə etməyinizdir.

3. Təqaüd proqramı tapmaq

Bu addımı sizin üçün asanlaşdırmaq üçün xeyli zəhmət çəkdik deyə bilərik 🙂 Əlbəttə özünüz də axtaracaqsınız, amma saytımız sizə bunun üçün xidmət göstərir.

xaricdə təhsil şirkətləriMəhz sizin üçün Xaricdə təqaüdlü təhsil alan gənclərin təcrübələrini bir araya topladıq və bu məlumat bazası sizə 10 fərqli ölkədə təhsil almaq üçün nə etməli olduğunuzu göstərəcək. Məqalələrdə sizə həm təqaüd linklərini, həm də tələbələrlə müsahibələrimizi yerləşdirmişik. Əlavə məlumat üçün Facebook səhifəmizə müraciət edə bilərsiniz.

Aşağıdakı linklərdən istifadə etməklə 10 ölkədə Təqaüdlü təhsil barədə məlumat əldə edə bilərsiniz

Fransada Təqaüdlü Magistr Təhsili | Fransada Tehsil alan tələbə ilə müsahibə
İsveçdə Təhsil – TAM TƏQAÜDLÜ Magistr Təhsili (Visby Təqaüdü)
Polşada Təhsil – TƏQAÜDLÜ Təhsil alan tələbə ilə müsahibə
Estoniyada Təhsil – TAM TƏQAÜDLÜ Magistr Təhsili alan tələbə ilə müsahibə
Cənubi Koreyada Təhsil – TAM TƏQAÜDLÜ Təhsil alan tələbə ilə müsahibə
Almaniyada Təhsil – DAAD təqaüdü ilə magistr təhsili
Türkiye Bursları ilə Türkiyədə Təhsil – TAM TƏQAÜDLÜ
İtaliyada Təhsil – TƏQAÜDLÜ Təhsil alan Tələbə ilə Müsahibə
Latviyada Təhsil – Dövlət Təqaüdü ilə Xaricdə Təhsil imkanı (VİDEOMÜSAHİBƏ)
Rusiyada Təhsil – TAM TƏQAÜDLÜ Magistr Təhsili alan tələbə ilə müsahibə

Əlavə olaraq sonda Macarıstanda təhsil barədə müzakirə etmişik.

4. Xaricde tehsil ucun lazim olan senedler

Yuxarıda yerləşdirdiyimiz məqalə linklərinə keçid edərək lazım olan sənədlərlə tanış ola bilərsiniz. Burada qısa şəkildə bildirək – İlk öncə təhsil almaq istədiyiniz universitetin şərtləri ilə tanış olmalısınız. Ümumi sənədlər bunlardır:
Passport və ya Şəxsiyyət vəsiqəsi
IELTS Sertifikatı 6.5+ score
Motivasiya məktubuNə üçün bu universiteti və bu fakultəni seçdiniz? – sualını ətraflı cavablamalı və təhsil üçün motivasiyalı olduğunuzu sübut etməlisiniz.
Tövsiyyə məktubu/Recommendation Letter – bu məktub müəllimlər tərəfindən yazılır və Referans Məktubu olaraq da bilinir. Müəllimlər və ya iş təcrübəsi keçdiyiniz yerdə müdiriniz sizin istedadlı və bu proqram üçün uyğun biri olduğunuzu qeyd edir.
– Diplom və ya Transkript. Bakalavr təhsilini davam etdirən tələbələr Transkript forması hazırlatmalı və əlavə olaraq dekanlıqdan kəsrin olmaması, qeyd olunan filan tarixdə universitet təhsilini bitirəcəklərinə dair arayış götürməlidirlər. Universitet təhsili bitdikdən sonra diplomu alaraq Xarici İşlər Nazirliyində apostil edib xarici universitetə təqdim etməlidirlər.

Diqqət: Bəzi universitetlər sağlamlıq haqqında sənədlər tələb edə bilər. Bunlar əksər hallarda Hepatit A,B,C və QİÇS haqqında sağlamlıq kağızı olur. 

5 və 6-ci addımları Macaristanda Tehsil – videomuzda  müzakirə etmişik:

Youtube kanalımızda digər ölkələr üzrə təqaüd proqramlarını izləyə bilərsiniz. Abonə olaraq bizə dəstək olun: