Xaricde Tehsil Sergisi 2022-2023 Tədbirləri

xaricdetehsil.net
xaricdetehsil.net
5 Min Read
xaricde tehsil sergisi 2023

Bu məqələdə xaricdə təhsil almaq istəyən gənclərin iştirak edə biləcəyi xaricde tehsil sergileri ilə bağlı məlumat veririk. Bəzi tədbirlər artıq keçirilib, lakin maraqlı təhsil sərgiləri hələ qarşıdadır.

Yaponiya xaricde tehsil sergisi

xaricde tehsil sergisi yapaniyada tehsil

📣Sizləri “Yaponiyada Təhsil” sərgisinə dəvət edirik!

Tədbir 3 dekabr saat 10:00-dan 14:00-a kimi davam edəcək. Tədbirdə siz, Yaponiyada təqaüd proqramları, qrantlar, Yaponiyada ingilis dilində təhsil imkanları, həmçinin “Yaponiya və yapon dili” adında qısa mühazirə ilə tanış olacaqsınız.

“Yaponiyada Təhsil” sərgisi Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi, Hokkaido və Tsukuba Universitetlərinin təşkilatçılığı ilə həyata keçirilir.

‼️Qeydiyyata ehtiyac yoxdur. Lakin posterdə göstərilən kod vasitəsilə formu dolduraraq qeydiyyatdan keçmiş şəxslərə balaca hədiyyə veriləcək. – Link: https://forms.gle/g7E7mVWJtdYZa14C8

💪Bu imkanı qaçırmayın!

📍Ünvan: Hyatt Regency Baku, Guba Ballroom 1F

Malayziya xaricde tehsil sergisi

Xaricdə təhsil almaq istəyən abituriyentlər, tələbələr və övladları üçün xaricdə keyfiyyətli təhsil arzusunda olan valideynlər: Hamınızı 3-4 Dekabr tarixlərində Malayziya Səfirliyi, Malayziya Xarici İşlər Nazirliyi, Malayziya Təhsil, Turizm və Elm Nazırliklərinin dəstəyi ilə Landmark iş mərkəzində keçiriləcək Malayziya Təhsil Sərgisində gözləyirik. Tədbirə keçid edin
– Sərgidə iştirak etməklə siz,
✅Malayziyanın geniş təqaüd imkanları ilə tanış olacaq,
✅162 ölkədən tələbələrin niyə məhz Malayziyanı seçdiyini öyrənəcək,
✅Azərbaycanlı məzunların uğur hekayələrini dinləcəyək və onlara öz suallarınızı ünvanlayacaq,
✅Sərgidə iştirak etməklə həm də lotereya qalibi olaraq IELTS hazırlıq kursu qazana biləcəksiniz.
Event-ə keçid: Malayziya Təhsil Sərgisi
➕Qeydiyyat tələb olunmur, giriş ödənişsizdir.
📅3-4 Dekabr, 10:00 – 16:00
📍Landmark biznes mərkəzi, Rotunda zalı
📞051 897 4848
📞051 830 5353

Slavyan Universitetində xaricde tehsil sergisi (Keçirilib)

“Bir Könüllü” Təşkilatının və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin birgə təşkilatçılığı ilə 24 oktyabr tarixində Bakı Slavyan Universitetində xaricdə təhsil ilə maraqlanan III, IV kurs və magistr tələbələri üçün “Xaricdə təhsil barədə məlumatlandırma sessiyası” keçirilib. 

Sessiya ərzində Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin mütəxəssisi Ziyadxan Xankişizadə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” barədə tələbə ətraflı məlumat verib. Daha sonra Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi Niftalı Qasımlı tərəfindən Hökumətlərarası Təqaüd Proqramları (HTP) – müraciət qaydaları, prioritet ixtisaslar, müsahibə mərhələsi və s. barədə qarşılıqlı diskusiya, sual-cavab və müzakirə formatında sessiya keçirilib.

Yekunda isə Eramus+ Gənclik və Avropa Həmrəylik Korpusu üzrə Azərbaycanda Məlumat Mərkəzinin koordinatoru Ramiz Əliyev çıxış edərək Avropa İttifaqının gənclər üçün proqramları, Erasmus+ və Avropa Həmrəylik Korpusunun əhatə etdiyi ölkələr, müraciət qaydaları və s. barədə ətraflı məlumat verərək iştirakçılar tərəfindən ünvanlanan sualları cavablandırıb.

Azərbaycan Texniki Universitetində xaricde tehsil sergisi (Keçirilib)

“Bir Könüllü” Təşkilatının və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin birgə təşkilatçılığı ilə 18 noyabr tarixində Azərbaycan Texniki Universitetində xaricdə təhsil ilə maraqlanan III, IV kurs və magistr tələbələri üçün “Xaricdə təhsil barədə məlumatlandırma sessiyası” keçirilib. 

Sessiya ərzində Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi Niftalı Qasımlı “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” barədə tələbələrə ətraflı məlumat verib. Daha sonra Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin mütəxəssisi Emin Mustafayev tərəfindən Hökumətlərarası Təqaüd Proqramları (HTP) – müraciət qaydaları, prioritet ixtisaslar, müsahibə mərhələsi, eyni zamanda növbəti tədris ili üçün elan olunan Macarıstan HTP-nin sənəd qəbulu barədə qarşılıqlı diskusiya, sual-cavab və müzakirə formatında sessiya keçirilib.

Studynet xaricde tehsil sergisi (Keçirilib)

StudyNet Xaricdə Təhsil sərgisi – beynəlxalq reytinqli təhsil müəssisələri bir arada!

24 NOYABR, SAAT 12:00 / HILTON BAKU

Siz, StudyNet Group-un təşkilatçılığı ilə 24 noyabr 2022-ci il saat 12:00-dan 17:00-dək baş tutacaq və beynəlxalq reytinqli təhsil müəssisələrini bir araya toplayacaq “Xaricdə Təhsil” sərgisinə dəvətlisiniz!

Sərgini ziyarət etməklə siz, Amerika, Böyük Britaniya, Hollandiya, İspaniya, İtaliya, İsveçrə, Kanada və digər ölkələrdən təmsil olunacaq 100-dən çox universitet haqqında məlumat ala, 30-a yaxın rəsmi universitet nümayəndələri ilə birbaşa görüşə, sizə uyğun proqram seçimi haqqında, eləcə də, təhsil haqqı, endirimlər, proqram üstünlükləri və xüsusi fürsətlər haqqında geniş məlumat alacaqsınız.

Sərgidə məlumat alacaqsınız:

Xaricdə ali təhsil – Bakalavr; Magistratura; Doktorantura

Beynəlxalq reytinqli xarici orta məktəblərdə təhsil

Dil kursları; yay məktəbləri; beynəlxalq hazırlıq proqramları

İngilis dili hazırlıq kursları.

Celt Colleges xaricde tehsil sergisi (Keçirilib)

Həftəsonunuzu Xaricdə Təhsil Sərgisi ilə daha da səmərəli keçirmək istərdiniz?

Elə isə ADA Universitetinin də təmsil olunacağı təhsil sərgisində iştirak edin və nümayəndələrimiz tərəfindən xarici universitetlərlə mübadilə proqramları, bakalavr və magistr ixtisasları, eləcə də təqaüd imkanları barədə geniş məlumat əldə edin. Bakı və Gəncədə “CELT Colleges” tərəfindən keçiriləcək təhsil sərgisində hər birinizi gözləyirik.

xaricde tehsil sergisi

Share this Article